Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "çertanovo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Kamran bu görüşün iştirakçısı olmayıb. ötən oyunda qırmızı vərəqə alaraq meydandan qovulan azərbaycanlı futbolçu bu matçı buraxmaq məcburiyyətində qalıb.
 
"Ximki" 6 turdan sonra 14 xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest