Futbol üzrə Almaniya Super Kubokunun yeni qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın və Almaniya Kubokunun sonunu qalibi "Bavariya" ilə çempionatda ikinci yeri tutmuş Dortmund "Borussiya"sı üz-üzə gəlib.
 
Dortmunddakı "Siqnal İduna Park" stadionunda baş tutan qarşılaşma dortmundluların inamlı qələbəsiylə başa çatıb. 48-ci dəqiqədə Alkaserin, 69-da isə Sançonun vurduğu qollar sayəsində "Borussiya", geridə qalan mövsümü "qızıl dubl"la başa vurmuş "Bavariya"nı devirərək Super Kuboka sahib çıxıb.
 
Bununla da Dortmund təmsilçisi tarixində 6-cı dəfə Almaniya Super Kubokunun qalibi olub. "Borussiya" bu baxımdan rekordçu (7) "Bavariya" ilə fərqi minimuma endirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest