çempionlar Liqasının qrup mərhələsinin II turunda yubiley qolu qeydə alınıb. Matç.az saytı xəbər verir ki, əlamətdar qol A qrupunda baş tutan "Atletiko" – "Brügge" qarşılaşmasında vurulub.

Belə ki, matçda dubl edən madridlilərin forvardı Antuan Qrizmanın ikinci qolu bu turnirin çempionlar Liqası adı altında 8000-ci topu olub. Görüş isə İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, çempionlar Liqası adı altında birinci qol 1992-ci il noyabrın 25-də vurulub. İlk topu "Brügge"nin hücumçusu Daniel Amokaçi Moskva MOİK-inin qapısından keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest