İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Nitsa" klubundan Allan Sen-Maksimeni transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək.
 
"Nyukasl" Sen-Maksimen üçün "Nitsa"ya 18 milyon avro təzminat ödəyib. Amma Fransa təmsilçisinin əlavə bonuslar qazanmaq şansı da var.
 
Son mövsümdə Liqa 1-də 34 oyuna çıxan fransız hücumçu 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayan forvard, daha öncə "Sent-Etyen", "Monako", "Hannover", "Bastiya" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest