İngiltərənin "Arsenal" klubu yarımmüdafiəçisi Kristian Beliki "Derbi Kaunti"yə satıb. Matc.az xəbər verir ki, bu barədə İngiltərə çempionşip  təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Polşalı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Britaniya mətbuatı "Derbi Kaunti"nin bu transfer üçün 10 milyon avro təzminat ödədiyini yazıb.
 
21 yaşlı dayaq yarımmüdafiəçisi 2015-ci ildə yetirməsi olduğu Varşava "Legiya"sından "Arsenal"a transfer olunmuşdu. Amma o, London klubunun əsas komandasında heç vaxt oynamayıb. Əvəzində bu müddət ərzində "Birmingem Siti", "Uolsoll" və "çarlton Atletik" klublarında icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest