çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ın APOEL-lə Kiprdə keçirəcəyi oyunların hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşmaya italiyalı hakimlər təyinat alıb.  Baş hakim David Massaya Fabiano Preti və Alberto Tegoni yardım edəcək. Dördüncü hakim Rosario Abisso olacaq.  

Massa əvvəllər də "Qarabağ"ın oyununu idarə edib. O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" – "Arsenal" matçını baş hakimi olub.  ötən il oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə ingilislər Azərbaycan çempionunun qapısından 3 cavabsız top keçirmişdilər.

İtaliyalı hakim "Qarabağ"la yanaşı, APOEL üçün də tanışdı. Belə ki, Massa 2015-ci ilin iyununda nikosiyalıların "Vardar"la görüşündə iş başında olub.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı avqustun 6-da Nikosiyada baş tutacaq.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest