Avqustun 5-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında avrokubokların pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14.00-da başlanacaq tədbirdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olacaq.

Mübarizəni çempionlar Liqasında davam etdirən "Qarabağ" III mərhələdə Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Bu cütlük səpələnməmişlər səbətində yer alır və sevinən tərəfin rəqibi bu cütlüklərdən biri olacaq:

PAOK (Yunanıstan) - «Ayaks» (Hollandiya)
çFR (Rumıniya) - "Seltik" (Şotlandiya)
"Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)
"Dinamo" (Xorvatiya) - "Ferensvaroş" (Macarıstan)

APOEL - "Qarabağ" cütünün məğlubu isə Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Bu zaman həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın III mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:

"Sutyeska" (çernoqoriya) - "Linfild" (Şimali İrlandiya)
"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels)
"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)
"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)
"Slovan» (Slovakiya) - "Dandalk" (İrlandiya)

Avropa Liqasının püşkü isə Bakı vaxtı ilə saat 15.30-da başlanacaq. Burada mübarizə aparan "Neftçi" İsrail təmsilçisi "Bney Yehuda"nı keçəcəyi halda, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:

"Antverpen" (Belçika) - "Viktoriya" (çexiya)
"Brondbü" (Danimarka) - "Braqa" (Portuqaliya)
"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Almaniya)
"Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina)
"Partizan" (Serbiya) - "Malatyaspor" (Türkiyə)

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest