AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında aşağı yaş qrupu üzrə çempionatlardakı qayda pozuntuları müzakirə olunub. Matç.az saytı xəbər verir ki, qurum bir neçə komandaya texniki məğlubiyyət verib.

U-13 qızlar Liqasında "Fidan" – "Keşlə"  görüşündə birincilər, UGİM (Qax) – "Zaqatala" və UGİM (İsmayıllı) – "Xan Lənkəran" qarşılaşmasında isə ikincilər yaş limiti pozduğundan, 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.

Bundan başqa, U-10 Liqasının UGİM (Yevlax) – UGİM (Ağdaş) matçında Ağdaş təmsilçisinin heyətində yetərsay olmadığından, "çərəkə" (Göyçay) – "Kürdəmir Gİİ" oyununda isə "Kürdəmir Gİİ" iştirak etmədiyindən, hər iki komandaya texniki məğlubiyyət verilib.

Maraqlıdı ki, 5 qarşılaşmanın hər biri eyni gündə - oktyabrın 27-də keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest