Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması bu gün 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində üçüncü görüşünə çıxıb. Matc.az xəbər verir ki, D qrupunda yer alan millimizin sonuncu rəqibi Kamerun olub.

öncə Dominikan Respublikasına 0:3, ardında meydan sahibi Braziliyaya 2:3 hesabı ilə uduzan komandamız lisenziya şansını itirdiyindən afrikalılarla görüş formal xarakter daşıyırdı. Maraqlıdı ki, bu, 1996-cı ildən bu yana Kamerunla millimiz arasında baş tutan ilk oyun idi. Rəqibini quru hesabla məğlub edən yığmamız bunun sayəsində qrupda 3-cü yeri tutub.

Ev sahibi olan Braziliya millisi keçirdiyi hər 3 görüşdə qalib gələrək 7 xalla qrup birincisi olub və 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Reqlamentə görə yalnız qrup birinciləri Yay Olimpiya Oyunlarına lisenziya əldə edir.
 

3 avqust
Braziliya – Dominikan Respublikası - 3:2
(25:22, 25:19, 23:25, 18:25, 15:10)


Azərbaycan – Kamerun - 3:0 (25:17, 25:14, 25:20)
 

Brazilya

3

3

0

9-4

7

Dominikan

3

2

1

8:3

7

Azərbaycan

3

1

2

5:6

4

Kamerun

3

0

3

0:0

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest