Fransanın "Nant" klubu baş məşqçisi Vahid Halilhodziçlə yolları ayırıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
 
67 yaşlı mütəxəssislə klub prezidenti Valdemar Kita arasında görüş keçirilib. Məhz bu görüşdə Halilhodziçin istəyi ilə onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Qeyd edək ki, Halilhodziç ötən ilin oktyabrından Fransa klubunu çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest