Fransanın "Lill" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Milan"dan Tyaqo Djalonu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalanıb. O, yeni komandasında 2 nömrəli formanı geyinəcək.
 
"Lill" portuqaliyalı oyunçunun keçidi üçün 5 milyon avro təzminat ödəyib.
 
"Sportinq"in (Lissabon) yetirməsi olan Djalo, 19 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin də üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest