"Müəyyən vaxtlarda Mahirlə maraqlananlar olub. Hətta oyunları tribunadan izləyənlər də olub. Ancaq bu məsələ heç vaxt son nöqtəyə qədər gəlib çıxmayıb"

İspaniyanın LaLiqa-2 klublarının "Qarabağ"ın hücumçusu Mahir Emreliyə marağı davam edir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, konkret olaraq "Estremadura", "Malaqa" və "Almeriya" 22 yaşlı forvardı heyətinə qatmaq niyyətindədi.

Hətta milli komandamızın üzvü özü də bunu təkzib etməmiş, İspaniyanın ikinci liqasında oynamağa hazır olduğunu söyləmişdi.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə əməkdaşımızla söhbətdə Emreli üçün rəsmi təklif almadıqlarını bildirib: "Müəyyən vaxtlarda Mahirlə maraqlananlar olub. Hətta oyunları tribunadan izləyənlər də olub. Ancaq bu məsələ heç vaxt son nöqtəyə qədər gəlib çıxmayıb. Emreli ölkə çempionatının bombardiri olduğundan, ona xaricdən marağın yaranması normaldı. Ancaq indiyə qədər konkret təklif almamışıq".

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest