"Şalke"nin yarımmüdafiəçisi Yevgeni Konoplyanka karyerasını Türkiyədə davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Ukrayna millisinin üzvü "Beşiktaş"da çıxış edəcək.

İstanbul nəhənginin almanlarla danışığı müsbət nəticələnib. İlkin razılığa əsasən, keçid "Şalke"yə 3 milyon avro qazandıracaq. Konoplyanka tezliklə yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

29 yaşlı futbolçunun "Beşiktaş"da illik məvacini 2,5 milyon avro olacaqş

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest