İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın "Lill" klubunun futbolçusu Rafael Leaonu heyətinə qatıb.
 
Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. 
 
Transferin detalları açıqlanmasa da, bu keçidin Milan təmsilçisinə 35 milyon avroya başa gəldiyi bildirilir.
 
Rafael Leao 2018-ci ildən "Lill"də çıxış edirdi. Portuqaliyalı oyunçu ötən mövsüm çempionatda 24 oyunda iştirak edib və 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest