"Neftçi" Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirdiyi cavab oyununda ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı Emin Mahmudov matçın 60-cı dəqiqəsində zədələnib. 
 
O, oyunu davam etdirə bilmədiyindən, baş məşqçi Roberto Bordin tərəfindən əvəzlənib. Eminin yerinə meydana, Namiq Ələsgərov daxil olub.
 
İlk oyunda minimal hesabla qalib gələn "Neftçi" bu qarşılaşmada da 1:0 öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest