AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyədə işgüzar səfərdədi. Matç.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, o, İstanbul şəhərində FIFA-nın İnfrastruktur üzrə iclasında iştirak edir.

Məmmədovla yanaşı, AFFA-nın İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev də tədbirə qatılıb. Assosiasiya rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin "Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.

Qeyd olunan meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyi ilə inşa olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest