"Auqsburq"un müdafiəçisi Filipp Maks Avropa nəhənglərindən birinə keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, iki klub sol cinah oyunçusu uğrunda mübarizəyə qoşulub.

Bunlar "Barselona" və PSJ-di. Xordi Albaya layiqli əvəzləyici axtarışında olan İspaniya çempionu bir müddətdi onu izləyir. Artıq fransızlar da Maksı heyətinə qatmaq niyyətindədi. İki klub arasındakı gərgin münasibətdən yararlanmaq istəyən Bundesliqa təmsilçisi 26 yaşlı futbolçunu baha qiymətə satmağı planlaşdırır.

Qeyd edək ki, Filipp Maks 2015-ci ildən "Auqsburq"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest