UEFA Gənclər Liqasında çempionlar yoluna start verilib. Matç.az saytı xəbər verir ki, I mərhələnin ilk oyunlarında Azərbaycan təmsilçisi "Qəbələ" ilə yanaşı, "qırmızı-qaralar"ın potensial rəqibləri də qüvvəsini sınayıb.
 
Emin İmaməliyevin yetirmələri ilk matçda 1:1 hesablı heç-heçə etdiyi "Şerif" (Moldova) səddini adlasa, "Herta" (Almaniya) – "Lex" (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Bu komandalar dünən Almaniyada üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.
 
Növbəti mərhələyə bir addım yaxınlaşan Mihael Hartmanın yetirmələri hər hissədə bir qol vurub. 31-ci dəqiqədə Ruven Vertmüller, 89-cu dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Cesik Nqankam fərqlənib.
 
Qeyd edək ki, I mərhələnin cavab oyunları oktyabrın 24-də keçiriləcək.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest