"Barselona"nın hücumçusu Luis Suares dünəndən komandanın mövsümöncəsi hazırlığına qatılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı forvardın ilk məşq zamanı yeni transfer Antuan Qrizmannla münasibəti diqqətdən qaçmayıb.

Suaresin yeni transferlərlə görüşü zamanı Qrizmannla aralarında soyuqluq hiss olunub. Hücumçular məşq zamanı bir-birilənə bir dəfə də olsun baxmayıb və danışmayıblar. Bu da ön xətt uğrunda "savaş"ın başlaması ilə əlaqələndirilib.

Qeyd edək ki, Antuan Qrizmann transfer olunduğu zaman Luis Suaresin onu təbrik etdiyini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest