PTT I Liqa klubu və Türkiyə kubokunun finalçısı ilə oyun "Çam" otelinin stadionunda baş tutub. Qarşılaşma qolsuz başa çatıb.
Yeni mövsümün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində 5-ci - sonuncu yoxlama oyununu keçirib. Matc.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi yerli "Akhisar"la üz-üzə gəlib.
PTT I Liqa klubu və Türkiyə kubokunun finalçısı ilə oyun "çam" otelinin stadionunda baş tutub. Qarşılaşma qolsuz başa çatıb.
Ayxan Abbasovun yetirmələri buna qədər qonşu ölkədə 4 oyun keçirmişdi. "Petrolul" (Rumıniya - 2:2) və "Gənclərbirliyi" (Türkiyə - 1:1) ilə bərabərə qalan "Sumqayıt" "Ahal"a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbakırspor"a (Türkiyə - 0:1) isə uduzmuşdu.
Yoxlama görüşü
1 avqust
"Sumqayıt" - "Akhisar" (Türkiyə) 0:0
Matçın 38-ci dəqiqəsində Amil Yunanov penaltidən yararlana bilməyib
Kızılcahamam. "çam" otelinin stadionu
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Peyman Babayi, 9. Amil Yunanov, 20. Rüfət Abdullazadə, 22. Sərtan Taşqın, 25. Baxşəli Baxşəliyev, 44. Elvin Cəfərquliyev.