"Kapital Bank Arena"nın ehtiyat meydançasında "Sumqayıt"ın 2004-2005-ci il təvəllüdlü futbolçuları ilə pakistanlı həmyaşıdları arasında dostluq oyunu keçirilib.

Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdən öncə qonaqları salamlayan "Sumqayıt"ın vitse-prezidenti Vaqif ömərov və akademiyanın direktoru Hakan Sünal pakistanlı qonaqları burada gördüklərindən məmnun olduğunu, Azərbaycan və Pakistan arasındakı dostluğun daima davam etməsi arzularını bildirib.

Qarşılaşma "Sumqayıt"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın qollarını Namiq Məmmədzadə, Ruslan Əliyev, Rəhman Məmmədov, Fərid Abbasov və Rəvan Əsgərzadə rəqib qapısından keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest