Ukrayna çempionatında 2019-20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" yeni mövsümdə ilk görüşünü keçirib.

Komanda doğma meydanda Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası 4 qolun qeydə alındığı qarşılaşmada son çempiona məğlub olub – 1:3.

Pavel də matçın iştirakçısı olub. O, start heyətdə meydana daxil olub və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest