Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" yerli "Osmanlıspor" klubu ilə yoxlama matçı keçirib. Matc.az xəbər verir ki, qolsuz başa çatan oyundan sonra baş məşqçi Tərlan Əhmədov paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib:
 
"Komandanın sərgilədiyi oyundan razı qaldım. Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, futbolçularımız güclü komandaya qarşı yaxşı oyun sərgilədi, yaxşı mübarizə apardılar. Birinci hissədə hətta hesabda irəli çıxa bilərdik. ümumilikdə, futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest