"River Pleyt"in yarımmüdafiəçisi Eksekiel Palasios Avropaya köçməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real" 20 yaşlı futbolçunun xidmətində maraqlıdı.

İspanlar bu transfer üçün 20 milyon avro ödəməyə hazırdı. Lakin "River Pleyt" argentinalının haqlarının yalnız 75 faizinə sahibdi. Razılıq əldə olunarsa, Palasios mövsümün sonuna qədər icarə əsasında "River"də oynayacaq və gələn yay "Real"a qoşulacaq.

Bu mövsüm Argentina çempionatında 8 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Eksekiel Palasios "İnter" və "Atletiko"nun da diqqət mərkəzindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest