"Komandada hər şey çox yaxşıdı. Matça ciddi hazırlaşmışıq. Artıq hamımız sabahkı görüşü səbirsizliklə gözləyirik"

"Bizi sabah çox ağır oyun gözləyir". Matc.az saytının məlumatına görə, bu sözlər "Neftçi"nin futbolçusu Rəhman Hacıyevə məxsusdu.

Yarımmüdafiəçi bu gün təşkil edilən mətbuat konfransında Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah Tula "Arsenal"ı ilə keçiriləcək cavab görüşünü dəyərləndirib.

Hacıyev meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Oyuna çox ciddi hazırlaşırıq. Baş məşqçi tapşırıqlarını verib. İnşallah, buna əməl edib, qələbə qazanarıq".

Milli komandamızın üzvü komanda daxilində ab-havanın yüksək olduğunu vurğulayıb: "Komandada hər şey çox yaxşıdı. Matça ciddi hazırlaşmışıq. Artıq hamımız sabahkı görüşü səbirsizliklə gözləyirik".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Arsenal" görüşü saat 21:00-da başlayacaq. İlk qarşılaşmada təmsilçimiz 1:0 hesablı səfər qələbəsi qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest