"Qarabağ" ilk oyunda yaxşı nəticə qazanıb. Düşünürəm ki, burda da elə çətin olmayacaq, tapşırığın öhdəsindən gələcəklər". Matc.az xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Roberto Bordinə məxsusdu.

"Qarabağ" bu gün çempionlar Liqası çərçivəsində "Dandlok"la cavab matçına çıxacaq. Bordin bildirib ki, həmin qarşılaşmanı canlı izləyə bilməyəcək: "Onlara uğurlar arzulayıram. çünki burda Azərbaycan adı var. Hər komandanın uğuru Azərbaycanın uğurudu. Komandamız tam konsentrasiya olub. Bu üzdən stadiona gedə bilməyəcəm. Amma matçı mütləq televiziya vasitəsilə izləyəcəm. İstəsəniz, sizə də mənimlə birgə izləyə bilərsiniz".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest