Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" yeni hücumçu transferinə hazırlaşır. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva təmsilçisi "Nant"ın forvardı Xalifa Kulibali üçün fransızlarla danışığa başlayıb.

Mali millisinin üzvünün klubu ilə müqavilə müddəti davam etdiyindən, "Dinamo" bu keçid müqabilində təzminat ödəməlidi. Transferin fransızlara 5 milyon avro qazandırması gözlənilir.

Qeyd edək ki, "Nant"la sözləşmə müddəti 2022-ci ilin yayına qədər olan Xalifa Kulibali ötən mövsüm Liqa1-də meydana çıxdığı 32 oyunda 8 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest