"Liverpul"un müdafiəçisi Deyan Lovren karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü "Roma"nın maraq dairəsindədi.

"Tottenhem"li Tobi Alderveyreldi almaq cəhdləri uğursuzluqla nəticələnən "canavarlar" millimizin AVRO-2020-nin seçmə mərhələsindəki rəqibi üçün danışıqlara başlayıb. 29 yaşlı mərkəz müdafiəçisi bir müddət əvvəl "Milan"dan gələn təklifi rədd etmişdi. Premyer Liqa təmsilçisi oyunçusunun satışından ən azı 20 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Deyan Lovrenin "Liverpul"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest