"Mançester Yunayted" "Barselona"nın müdafiəçisi Samuel Umtitidən əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" Fransa millisinin üzvü üçün növbəti dəfə qarşı tərəfin qapısını döyüb.

Erik Bayinin zədələnərək uzun müddətə sıradan çıxması "mankunianlar"ı bu addımı atmağa vadar edib. Premyer Liqa təmsilçisi Umtitiyə görə kataloniyalılara 50 milyon avro təklif edib. Lakin "Barselona" cəbhəsi hələlik bu keçidə müsbət yanaşmır.

Qeyd edək ki, "Mançester Yunayted" "Lester"in müdafiəçisi Harri Maquayrı istəsə də, qarşı tərəfin 100 milyon avroluq tələbindən sonra geri addım atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest