APOEL Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Monteneqronun "Sutyeska" komandasını mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi ev oyununda darmadağına imza atıb - 3:0.

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ"ın avrokubokların 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, bunlar Kiprin APOEL və Slovakiyanın "Slovan" (Bratislava) klublarıdı. 
 
APOEL çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Monteneqronun "Sutyeska" komandasını mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi ev oyununda darmadağına imza atıb – 3:0.
 
Beləliklə, "Qarabağ" çL-in 2-ci təsnifat mərhələsindəki rəqibi olan İrlandiyanın "Dandolk" klubunu üstələyəcəyi təqdirdə, məhz APOEL-lə qarşılaşacaq. İlk oyun 6-7 avqustda Nikosiyada, cavab görüşü 13 avqustda Bakıda olacaq.
 
Azərbaycan təmsilçisi "Dandolk" səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Bu zaman rəqib "Slovan" olacaq. Slovakiya komandası 2-ci təsnifat mərhələsində Kosovo "Feronikeli"sini evdə 2:1, səfərdə 2:0 hesabı ilə yenib. "Qarabağ"ın növbəti mərhələdə ilk oyunu avqustun 8-də səfərdə, cavab görüşü isə avqustun 15-də evdə olacaq.
 
Qeyd edək ki, "Qarabağ" "Dandolk"la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. İyulun 31-də "Dalğa Arena"da baş tutacaq cavab görüşünə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest