çexiya gənclər liqasında XIII turun oyunları keçirilib. Matç.az saytı xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" bu tur öz meydanında çıxış edib.

Praqa təmsilçisi liderlər qrupunda qərarlaşan "Mlada"nı qəbul edib. Görüş Boleslav klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Mlada" hər hissədə 2 qol vuraraq, 4:0 hesablı qalibiyyətə sevinib. Start heyətində meydana çıxan Nəbiyev 90 dəqiqəni əvəz edilmədən keçirib.

Qeyd edək ki, "Slaviya" 11 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest