"Napoli" hücumçusu Simone Verdi ilə yollarını ayırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İtaliya millisinin üzvü karyerasını yenə A seriyasında davam etdirəcək.

çünki 27 yaşlı forvard "Torino" ilə anlaşıb. Turinlilər həm futbolçunun özü, həm də klubu ilə hərtərəfli razılığa gəlib. Bu keçid "Napoli"yə 22 milyon avro qazandıracaq. Transfer tezliklə rəsmən açıqlanacaq.

Qeyd edək ki, Simone Verdi "Napoli"yə ötən il "Bolonya"dan keçmişdi. Futbolçu 2011-2015-ci illərdə "Torino"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest