PSJ hücumçusu Neymarı satmağa hazırdı. Matc.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, paytaxt təmsilçisi "sambaçı"nın qiymətini də açıqlayıb.

Bir müddət əvvəl 27 yaşlı superulduza 300 milyon avro qiymət qoyan parislilər artıq onu 180 milyon avroya satmağa razıdı. Bu qərar idman direktoru Leonardonun rəyindən sonra verilib. Braziliyalı klub rəsmisi hesab edir ki, Neymarın qalması komandadakı digər futbolçulara mənfi təsir göstərəcək. Fransızlar Neymarı heç bir oyunçu ilə dəyişməyəcək və yalnız təyin edilən məbləğ qarşılığında onun gedişinə şərait yaradacaq.

Qeyd edək ki, "Barselona" bir müddət əvvəl 100 milyon avro və Koutinyonu təklif etsə də, PSJ razılıq verməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest