Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını başa vurub. Matc.az xəbər verir ki, bunu Azərbaycan əsilli futbolçu özü instaqram səhifəsi vasitəsilə bəyan edib.

Azərbaycan klublarının da maraq dairəsidə olan 35 yaşlı xavbek gözlənilmədən futboldan getməyi qərara alıb. ötən mövsümün ikinci yarısını "Krılya Sovetov"da keçirən Səmədov karyerası ərzində həmçinin "Spartak" (2002-2005, 2017-2018), "Lokomotiv" (2005-2008, 2012-2016), "Moskva" (2008-2009) və "Dinamo"da (2010-2012) çıxış edib.

O, "Spartak"ın heyətində 1 dəfə Rusiya çempionu olub (2016-17), 1 dəfə isə ölkə Superkubokunu qazanıb (2017). Səmədov "Lokomotiv"lə də 3 qat Rusiya Kubokunun qalibi olub (2007, 2015, 2017).

Aleksandr Səmədov Rusiya millisinin heyətində 53 oyun keçirib, 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest