"Everton"un yarımmüdafiəçisi İdrissa Qeye Fransaya köçüb. Matc.az-ın Premyer Liqa klubunun rəsmi saytına istinadən məlumatına görə, Seneqal millisinin üzvü PSJ-yə keçib.
Klublar arasındakı razılığa əsasən, 30 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi liverpullulara 32 milyon avro qazandıracaq. "Lill"in sabiq futbolçusu Fransa çempionu ilə 4 illik müqavilə bağlayıb.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 33 oyunda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.