"Bunun nə qədər böyük oyun olduğunu və "Qarabağ"ı keçə bilsək, nələrin baş verəcəyini bilirik. Bu mövsüm bizdən daha böyük gözləntilər var. Bunları həyata keçirmək üçün fürsət də var. Oyunöncəsi özümüzü yaxşı hiss edirik".

"İlk oyunun ikinci hissəsindəki mübarizə bizi daha da ümidləndirdi. Bilirik ki, Bakıda çətin olacaq - öz meydanlarında, doğma azarkeşləri önündə çıxış edəcəklər". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un hücumçusu Maykl Daffi deyib.

İrlandiya çempionu çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq. Oyunöncəsi klubun rəsmi saytına açıqlama verən 25 yaşlı futbolçu ümidli danışıb.

Şimali İrlandiyalı oyunçu mərhələ adlamaq üçün Bakıya gəldiklərini bildirib: "Bunun nə qədər böyük oyun olduğunu və "Qarabağ"ı keçə bilsək, nələrin baş verəcəyini bilirik. Bu mövsüm bizdən daha böyük gözləntilər var. Bunları həyata keçirmək üçün fürsət də var. Oyunöncəsi özümüzü yaxşı hiss edirik. Evdəki nəticədən sonra mərhələ adlamaq şansımız az deyil. Bu üzdən matçı səbirsizliklə gözləyirik. Mövsümün ən yaxşı dönəmidi. "Dalğa Arena"nın gözəl stadion olacağına əminəm. Bizim üçün böyük gecə olacaq. Əvvəlcə düzgün müdafiə olunmağın öhdəsindən gəlməliyik. Bunun ardından Dandolkdakı görüşün ikinci hissəsindəkini təkrarlaya bilsək, şans əldə edəcəyik".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ"- "Dandolk" oyunu saat 21:00-da başlayacaq. İrlandiyadakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest