Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın "Deportivo" klubundan Xuanfranı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı ispaniyalı vingerlə 2+1 illik müqavilə imzalanıb.
 
"Xetafe"nin yetirməsi olan Xuanfran karyerası ərzində ölkəsinin "Vilyarreal", "Real", "Betis", "Leqanes" kublarının şərəfini qoruyub. 2015-ci ildə İngiltərənin "Uotford" klubuna transfer olunan futbolçu bu klubda forma şansı qazanmadığı üçün "Deportivo"ya üz tutub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest