Türkiyənin "Qalatasaray" klubu ötən mövsüm icarəyə götürdüyü Kristian Luyindamanı yenidən heyətinə qatıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi müqavilə ilə Belçikanın "Standard" klubuna məxsus olan konqolu futbolçunu birdəfəlik transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
 
"Qalatasaray" Luyindamanın transferinə görə Belçika klubuna 5 milyon avro təzminat ödəyib. Konqo yığma komandasının üzvü İstanbul klubunda ilinə 1 milyon 50 min avro qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest