"Keşlə"nin Türkiyədəki təlim-məşq toplanışı davam edir. Matc.az xəbər verir ki, Bakı təmsilçisinin qardaş ölkədəki hazırlıq çərçivəsində keçirəcəyi ilk sınaq matçının başlama saatı müəyyənləşib.
 
Tərlan Əhmədovun çalışdırdığı kollektiv iyulun 31-də Türkiyənin 1 liqa təmsilçisi "Osmanlıspor"la qarşılaşacaq. "Bolu Koru Hotels Spa & Convention" otelinin stadionunda baş tutacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.
 
"Keşlə" toplanış çərçivəsində bütövlükdə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər isə hələ bilinmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest