"Bir neçə gün ərzində Türkiyədə oldum. Ankaranın Kızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırkı durumunu öyrənmək idi".

Təlim-məşq toplanışını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən "Sumqayıt"ın məşqlərini izləyənlər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç də olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fənclər millimizin çalışdırıcı komandanın hazırlıq prosesini izlədikdən sonra fikirlərini bildirib.

O, "kimyaçılar"ın gənclərinin performansından razı qalıb: "Bir neçə gün ərzində Türkiyədə oldum. Ankaranın Kızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırkı durumunu öyrənmək idi. "Sumqayıt"a gəldikdə, bu klubun 2 məşqini meydançadan canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərir. Bu barədə klubun baş məşqçisi ilə də söhbətim oldu. ümumilikdə futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. "Sumqayıt" olduqca intensiv və dinamik məşqlər edir, özlərini maksimum şəkildə göstərməyə çalışırdılar".

Obradoviç məmnun qaldığı məqamlara toxunub: "Burda məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan nələrisə öyrənməyə çalışırdılar. Bu komandada gənc futbolçuların sayı digərlərinə nisbətən daha çoxdu və gənclərin ilk "11-lik" üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdı. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın əsas üzvünə çevrilməyə çalışmalıdılar".

Yığmanın çalışdırıcısı "Sumqayıt"dakı həmkarı Ayxan Abbasovla fikir mübadiləsi apardığını da əlavə edib: "O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. çünki "Sumqayıt"da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest