Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la cavab oyununa çıxacaq "Dandolk" Bakıya səfər etməyə hazırlaşır. İrlandiya çempionu ölkəmizə tam heyətlə gələcək. Yarımmüdafiəçi Robbi Benson da səfərə çıxacaq heyətə salınıb.

çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la cavab oyununa çıxacaq "Dandolk" Bakıya səfər etməyə hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İrlandiya çempionu bu gün çarter reysilə ölkəmizə gələcək.

İrlandiyadakı ilk qarşılaşmada zədələnərək əvəzlənən yarımmüdafiəçi Robbi Benson da səfərə çıxacaq heyətə salınıb. Məşqçilər korpusu qabırğası əzilən 27 yaşlı oyunçunun xidmətini zəruri hesab edir. Həmçinin İrlandiya çempionatında "Sent-Patriks"lə oyunda zədələnən Şon Murreyin də durumu ciddi deyil və onun da Bakıya gətirilməsində bir əngəl yoxdu.

Qeyd edək ki, "Qarabağ" – "Dandolk" matçı iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. "Oriel Park"dakı ilk qarşılaşma bərabərə (1:1) nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest