"Bu, böyük qələbə idi. Avrokubok matçından sonra çempionat oyunu çətin alınır. Ancaq futbolçularımız vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Başdan sona qədər göstərdikləri peşəkarlıq onlara köməklik etdi. Layiqli 3 xal qazandıq".

Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un məşqçisi Ruadri Hiqqins İrlandiya çempionatının XXVII turunda "Sent-Patriks" üzərində qazanılan səfər qələbəsi (1:0) barədə danışarkən deyib.

35 yaşlı mütəxəssis çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək cavab matçı barədə də fikirlərini bildirib. O, Bakıya ümidli yollanacaqlarını söyləyib: "Sent-Patriks"ə qarşı oyun "Qarabağ"la səfər matçına inamla yollanmağımıza şərait yaradıb. özümüzdən əminik. İrlandiyadakı kimi, Azərbaycanda da yaxşı oyun göstərməyə hazırıq. Futbolçuların hamısı bu gün əllərini qaldırıb, Bakıda oynamağa hazır olduqlarını dedilər. Bundan artıq nəsə istəyə bilmərik".

Qeyd edək ki, "Qarabağ" - "Dadolk" görüşü iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. İrlandiyada baş tutan ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest