Seçmə mərhələdəki 5 uğursuzluğa gəlincə, onlardan ikisində millimiz üç komandalı qrupda mübarizə aparıb. Bu da o deməkdi ki, yığmamız 2 məğlubiyyətlə yarışı başa vurub.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2019-da çıxışını başa vurub. Matç.az saytı xəbər verir ki, Ramin Quliyevin baş məşqçisi olduğu yığmamız mübarizəni seçmə mərhələdə dayandırıb.

Oyunları Albaniyada keçirilən VIII qrupda çıxış edən komandamız Norveçə 1:4, çexiyaya 0:2, meydan sahiblərinə 0:1 hesabı ilə uduzub.

Bununla da millimiz mütləq antirekordu təkrarlayaraq turniri xalsız başa vurub. Qrup sonuncusu olan komandamızın xal üzünə həsrət qalması isə ilk belə hal deyil.

1994-cü ildən qitə çempionatında çıxış edən komandamız ümumilikdə 5-ci dəfə seçmə mərhələni məğlubiyyətlərlə başa vurub. Düzdü, daha iki dəfə yığmamızın xal qazanmadığına təsadüf olunub. Lakin həmin iki turnir elit-raundda yaşanıb.

Seçmə mərhələdəki 5 uğursuzluğa gəlincə, onlardan ikisində millimiz üç komandalı qrupda mübarizə aparıb. Bu da o deməkdi ki, yığmamız 2 məğlubiyyətlə yarışı başa vurub.

üç oyunda üç məğlubiyyət almağımız isə elə 3-cü dəfə yaşanır. İlk belə fiasko 2010/11 mövsümündə qeydə alınıb. Adil Şükürovun baş məşqçisi olduğu yığma 1 qol vurub, 10-nu buraxdığı tsikli 3 yenilgi ilə başa vurub.

2012/13 mövsümündə isə Təbriz Həsənovun rəhbərliyi ilə millimiz hamının önündə başıaşağı olub. İndiki kimi 1 qol vuran komandamız elə 7 top buraxıb. 6 ildən sonra Quliyevlə yığma bu göstəricini tamamilə təkrarlayıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest