İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Şimali Makedoniya milli komandasının hücumçusu İliya Nestorovskini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu "Palermo" ilə müqaviləsinin müddəti başa çatdığı üçün yeni klubuna azad agent statusunda keçib.
 
Nestorovski 2016-cı ildən İtaliyada legioner həyatı yaşayır. O, "Palermo"da bütövlükdə 99 oyuna çıxıb, 39 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest