Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2019/20 mövsümünə start verilib. Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da yeni mövsümdə ilk oyununa çıxıb

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da yeni mövsümdə ilk oyununa çıxıb.
 
Aue təmsilçisi səfərdə "Qroyter"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. 
 
Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
Komandasının yeni mövsümdək ilk qolunu da Nazarov vurub. O, 25-ci dəqiqədə komanda yoldaşının ötürməsini möhtəşəm zərbə ilə qola çevirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest