17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Albaniya – Azərbaycan oyununun statistikası açıqlanıb. Matç.az saytı xəbər verir ki, VIII qrupun autsayderlərinin görüşündə qapı çərçivəsinə cəmi iki dəqiq zərbə vurulub.
Albaniyalıların zərbəsi qolla bitibsə, futbolçularımız yeganə şansdan yararlanmayıb. Albaniyanın 1:0 hesabı ilə başa çatdığı oyunda millimiz qayda pozuntuları və vərəqələrlə diqqət çəkib. Ramin Quliyevin yetirmələri görüşü 8 nəfərlə başa vurub.
Albaniya |
|
Azərbaycan |
1 |
Qol |
0 |
3 |
Zərbələr |
2 |
1 |
çərçivəyə |
1 |
2 |
çərçivəyə düşməyən |
1 |
6 |
Künc zərbələri |
7 |
5 |
Sarı vərəqələr |
3 |
0 |
Qırmızı vərəqələr |
3 |
6 |
Qayda pozuntuları |
5 |