Futbol üzrə İrlandiya çempionatında 27-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Dandolk" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Senkt Patriks"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan qalib ayrılıb – 1:0. Oyundakı yeganə qolu 52-ci dəqiqədə Con Mauntni vurub.
 
Qeyd edək ki, "Qarabağ"la "Dandolk" arasında İrlandiyada baş tutan oyunda qalib müəyyənləşməyib – 1:1. Cavab qarşılaşması iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest