Azərbaycanı futbol üzrə UEFA çempionlar Liqasında təmsil edən "Qarabağ" bir günlük istirahətdən sonra İrlandiyanın "Dandalk" klubuna qarşı keçirəcəyi cavab görüşünün hazırlığına start verib. Matc.az xəbər verir ki, Ağdam klubu ötən gündən öz bazasında məşq edir. 
 
Artıq zədəli Maksim Medvedev də komandayla məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma onun cavab matçında meydana çıxıb-çıxmayacağı bilinmir.
 
2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiya çempionu ilə səfərdə 1:1 hesablı bərabərliyə imza atan Ağdam təmsilçisinin bu rəqiblə cavab qarşılaşması iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest