"Hələ də yarışın içindəyik. "Qarabağ"la cavab oyununa şans əldə etmək və nələrəsə nail olmaq ümidi ilə gedəcəyik. Praqmatik oynayacaq və rəqibin oyununu pozmaq məcburiyyətində qalacağıq. Bilirik ki, işimiz çox çətindi".

İkinci hissədə əsl xarakter nümayiş etdirdik. Əlbəttə, birinci hissədəki oyuna məyus olduq. Bu, oyunçu keyfiyyətinin və qələbə qazanmamaqdan qaynaqlanan məyusluğun əlaməti idi". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un baş məşqçisi Vinni Pert deyib.

43 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib. 1:1 hesabına üzülmədiyini vurğulayan gənc mütəxəssis cavab qarşılaşmasında müdafiə futbolu göstərəcəklərinə işarə vurub.

Bununla belə, Pert mərhələ adlayacaqlarına inanır: "Hələ də yarışın içindəyik. "Qarabağ"la cavab oyununa şans əldə etmək və nələrəsə nail olmaq ümidi ilə gedəcəyik. Praqmatik oynayacaq və rəqibin oyununu pozmaq məcburiyyətində qalacağıq. Bilirik ki, işimiz çox çətindi. çünki Avropa futbolunun ən üst səviyyəsindən bir pillə aşağıda olan komanda ilə qarşılaşırıq. Birinci oyunun ikinci hissəsindəki çıxış bizi ümidləndirdi".

Qeyd edək ki, cavab matçı iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest