İspaniyanın "Real" klubu növbəti transferini həyata keçirib. Matc.az xəbər verir ki, Madrid təmsilçisi bu dəfə "Saraqosa"nın hücumameylli yarımmüdafiəçisi Alberto Soronu transfer edib.
 
Bu barədə "Saraqosa"nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 20 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə 5 illik müqaviləyə imza atıb. Amma razılığa əsasən, o, növbəti mövsümü icarə cəsasında "Saraqoso"da keçirəcək.
 
İspaniya mətbuatının yaydığı məlumata görə, bu transfer "Real"a 2.5 milyon avroya başa gəlib.
 
Soro ötən mövsüm İspaniya Sequndasında 29 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest